CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının vacib yollarından biri təmir edildi

© Azerbaijan Highway State Agency“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib
“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib - Sputnik Azərbaycan
Abunə olmaq
Torpaq işləri bitəndən sonra 8500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib

 

BAKI, 30 mart — Sputnik. "Bibiheybət" məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

© Azerbaijan Highway State Agency“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib
Bakının vacib yollarından biri təmir edildi - Sputnik Azərbaycan
“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib

Məlumata görə, təmir-bərpa işləri sözügedən yolun təqribən 430 metrlik hissəsinin 8500 kv.m-lik ərazisini əhatə edib. Bu ərazidə yolun hərəkət hissəsində eninə və uzununa çatlar, həmçinin asfalt-eton örtüyündə deformasiyalar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Təmir-bərpa işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub.m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib.

© Azerbaijan Highway State Agency“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib
“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib - Sputnik Azərbaycan
1/2
“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib
© Azerbaijan Highway State Agency“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib
“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib - Sputnik Azərbaycan
2/2
“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib
1/2
“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib
2/2
“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib

Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kv.m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib.

Xəbər lenti
0