CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda təbii qazın verilişində olan məhdudiyyətin nə zaman aradan qalxacağı bəlli oldu

© Sputnik / Anar MustafayevQaz ventili, arxiv şəkli
Qaz ventili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün paytaxtın bir sıra ərazilərində təbii qazın verilişi dayandırılıb

 

BAKI, 29 mart — Sputnik. Paytaxtın Binəqədi və Nizami rayonları ərazisində təbii qazın verilişi məhdudlaşdırılıb. Sputnik Azərbaycan-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev qeyd edib ki, məhdudiyyətə səbəb görülən təmir işləridir:

“Hər iki rayonda yeni çəkilən və diametri 315 milli metrlik olan yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi təbii qazın verilişndə məhdudiyyətə səbəb olub. Bundan başqa, Kürçaylı və Şərifli küçələrinin kəsişməsinə düşən avtomobil yolunun yenidən qurulması ilə bağlı olaraq tikinti sahəsinə aid yeraltı qaz xəttində də təmir işləri gedir. Belə ki, diametri 373 milli metrlik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmir olunması Nizami rayonunun Qara Qarayev, Süleymanov, Bəhruz Nuriyev, Naxçıvanski, Rüstəmov, Manafov və Nəvai küçələrində təbii qazın verilişində fasilələrin yaranması ilə nəticələnib”.

“Eyni zamanda Binəqədi rayonunun 6-cı mikrorayon, 7-ci mikrorayon, 8-ci mikrorayon və 9-cu mikrorayon adlanan ərazilərində, Rəsulzadə qəsəbəsində, “Xutor” adlanan ərazinin bir hissəsində belə problemlər müşahidə olunub” – deyə həmsöhbətimiz əlavə edib.

İ.Kərbəlayev gün ərzində təbii qazın verilişinin təmin olunacağını söyləyir.

Xəbər lenti
0