CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəxsiyyət vəsiqəsi alanlar yeniliklə üzləşəcəklər

© Sputnik / Anar MustafayevŞəxsiyyət vəsiqəsi, arxiv şəkli
Şəxsiyyət vəsiqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi dövlət daktiloskopik qeydiyyatından keçiriləcək

BAKI, 29 mart - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanunda dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, həmin qanunun 7.1.1-ci maddəsinə "ümumvətəndaş" sözündən əvvəl "şəxsiyyət vəsiqəsi, habelə" sözləri əlavə edilib. Belə ki, qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək. Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
DİN və DSX birgə əməliyyat keçirib, saxlanılanlar var

Mövcud maddədə isə deyilir ki, aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:

7.1.1. ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla).

Qeyd edək ki, dövlət daktiloskopik qeydiyyatı dedikdə insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət nəzərdə tutulur.

Daktiloskopik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumatdır.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0