CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzil bazarında yeni canlanma gözlənilir - "Kirayə evlər" gəlir

© Sputnik / Fuad HasanovÇoxmərtəbəli yaşayış evləri
Çoxmərtəbəli yaşayış evləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Mart ayından sonra əmlak bazarında canlanma yarana bilər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Son zamanlar mənzil bazarında o qədər də aktivlik müşahidə olunmur. Xüsusilə yeni tikilən binaların əksəriyyətinə alıcı tapılmır. Evi olmayanların çox hissəsi isə dövlətin yaxın zamanlarda təklif edəcəyi "Kirayə evlər" layihəsini gözləyir.

Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mənzillərin qiymətinin aşağı salınması təklifinə cavab verildi

Maraqlıdır, "Kirayə evlər" layihəsi əmlak bazarına necə təsir göstərəcək? Bu suallara əmlak ekspertləri ilə cavab tapmağa çalışdıq.

Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qış ayları daşınmaz əmlakın satılması üçün əlverişli mövsüm hesab olunur: "Bu zaman mənzil bazarında canlanma müşahidə edilir, alıcılar daha aktiv olurlar. Ancaq son illər maliyyə bazarlarında baş verən proseslər, demək olar ki, mövsüm anlayışını qismən aradan qaldırıb".

"Adətən mənzil bazarı dinamikasına daha çox ipoteka kreditlərinin verilməsi təsir edir. Artıq qeyri-mövsüm aylarında da ipoteka kreditləri verilir. Bu da daşınmaz əmlak bazarında dinamikanı artırır. May ayının sonuna kimi bazarın ən aktiv dövrü hesab olunur" - ekspert bildirib.

O, "Kirayə evlər" layihəsi barədə də danışıb: "Düşünmürəm ki, bu, əmlak bazarına ciddi təsir etməyəcək. Nəzərə almaq lazımdır ki, bu layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə, yəqin ki İpoteka və Kredit Zəmanət Fondu bazara böyük məbləğdə vəsait buraxmayacaq. Bu layihənin əsas məqsədi İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini bir qədər də genişləndirmək, orta və aşağı təbəqəyə aid insanların mənzil şəraitini yaxşılaşdırmaqdır".

"Nəzərə almaq lazımdır ki, mənzilə olan ehtiyacın ödənilməsi üçün Fond mənzilləri alıb sonra uzun müddətə kirayə kimi satacaq. Bu da fondun öz vəsaiti ilə həyata keçiriləcək və hələlik evlərin qiymətinə təsir etməyəcək. Amma ehtimallar var ki, bazara başqa mənbələr də kirayə evlər üçün pul vəsaiti yatıra bilər. Bu zaman isə evlərin qiyməti arta bilər" - Osmanlı vurğulayıb.

Əmlak eksperti Nüsrət İbrahimov isə Sputnik Azərbaycan-a şərhində qeyd edib ki, fevral ayının nəticəsinə görə, daşınmaz əmlak bazarında 2.14 faiz azalma olub: "Amma ötən ilin eyni dövrü ilə müqayisədə 4.07 faiz artım olub. Mənzil bazarında isə qismən azalma müşahidə olunur. Hələlik aktivlik yoxdur. Yəqin ki, mart ayından sonra əmlak bazarında canlanma yaranacaq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri ilə görüşüblər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid ailələri və müharibə əlillərinə veriləcək mənzillərin sayı açıqlandı

N.İbrahmovun qənaətincə, sözügedən kirayə evlər satışa çıxarılandan sonra həmin evlərin sayı mənzil bazarında əhəmiyyətli paya malik olsa, bu zaman təbii ki, bazara təsir edəcək: "Ancaq əhəmiyyətli yer tutmasa, güman ki, təsir etməyəcək. Vəziyyət İpoteka və Kredit Zəmanət Fondunun bazardakı mövqeyindən asılı olacaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərman imzalayıb. Fərman ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədi daşıyır.

Fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.

Xəbər lenti
0