CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentdən vətəndaşlara müjdə: Bütün zərərçəkmişlərə dəyən ziyan ödəniləcək

© Sputnik / Murad OrujovПожар в торговом центре "Диглас"
Пожар в торговом центре Диглас - Sputnik Azərbaycan
Abunə olmaq
PA rəsmisi: "Komissiya yaradılacaq, hər şeyi ölçülüb-biçiləcək və dəymiş zərər müəyyənləşdiriləcək"

BAKI, 28 mart — Sputnik. Bu gün səhər saatlarında Nizami Rayon İcra Hakimiyyətində "Diqlas" ticarət mərkəzindəki yanğında zərərçəkən sahibkarlar və ticarətçilərlə görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, zərəçəkənlərlə görüşən Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov məsələnin ölkə rəhbərinin diqqətində olduğunu bildirib.

Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yanmış ticarət mərkəzinin qarşısında izdiham: "Kimsə çıxıb bizə dəymiş zərəri ödəməlidir"

O qeyd edib ki, ticarət mərkəzindəki yanğınla bağlı müraciətlər dövlət başçısına çatdırılıb. Prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.

"Prezidentin tapşırığına əsasən hamınıza dəymiş maddi zərər ödəniləcək. Komissiya yaradılacaq. Komissiyanı özünüz seçərsiniz. Komissiya hər şeyi ölçüb-biçəcək. Dəymiş zərər müəyyənləşdiriləcək" - deyə H.Mövsümov vurğulayıb.

"Ancaq çalışın ki, sui-istifadə hallarına yol verilməsin. Hər şey hallalıqla olsun. Cənab Prezidnetin tapşırığı yerinə yetiriləcək. Dövlət sizin yanınızdadır. Cənab Prezident hər zaman verdiyi vədi yerinə yetirir" - o, əlavə edib.

PA rəsmisi diqqətə çatdırıb ki, sahibkarlar haqqında da hüquqi ölçü götürüləcək.

Daha sonra Administrasiya təmsilçisi vətəndaşları təxribata uymamağa çağırıb: "Bir xahişim də ondan ibarətdir ki, təxribatlara uymayın. Bizi sevən-sevməyən müəyyən qüvvələr var ki, sizin vəziyyətinizdən sui-istifadə etməyə çalışacaq. Çalışın buna yol verməyin. Sizin başınıza gələn bəla özünüzə bəsdir, kimlərəsə bundan öz məqsədləri üçün istifadə etməyə imkan verməyin".

Xəbər lenti
0