CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin əsas qoruqlarından birinin rəhbəri dəyişdi

© Sputnik / Kamal AlmuradlıYanar Dağ
Yanar Dağ - Sputnik Azərbaycan
Abunə olmaq
Kənan Quluzadə Bakı Turizm Kartı barədə də danışıb

BAKI, 27 mart - Sputnik. Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib ki, “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı işlər aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, o, qoruğun yeni konsepsiya ilə may ayında ictimaiyyətə təqdim ediləcəyini bildirib: “"Yanardağ"da yaxın günlərdə kadr dəyişikliyi edilib, yeni rəhbər təyin olunub. Hazırda qoruqda məlumatlandırma lövhələri qurulur, istirahət üçün şərait yaradılır, muzey tipli yer yaradılır, bələdçilərin peşəkarlıq səviyyəsi təkmilləşdirilir”.

© Sputnik / Murad OrujovKənan Quluzadə
Ölkənin əsas qoruqlarından birinin rəhbəri dəyişdi - Sputnik Azərbaycan
Kənan Quluzadə

K.Quluzadə onu da bildirib ki, qoruğun bu gün üçün qiymətlərində dəyişiklik yoxdur: “Qiymətlərin dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Ola bilsin ki, qiymətlər artsın, amma bu, yerli əhali üçün yox, turistlər üçün nəzərdə tutulur. Yerli əhali üçün güzəştlər də nəzərdə tutulur, xüsusilə də tələbələr və məktəblilər üçün. Qiymətlər artmazdan bir neçə dövr əvvəl bu barədə turizm şirkətlərinə xəbərdarlıq ediləcək”.

K.Quluzadə Bakı Turizm Kartı barədə də danışıb. Bildirib ki, bu kartlar yay mövsümünə qədər istifadəyə veriləcək: “Kartın konsepsiyasında nəzərdə tutulur ki, hansısa biznes strukturlarında güzəştlər olsun. Kartlar artıq çapa göndərilib. Ölkə üzrə belə bir kartın yaradılması, hələ ki, nəzərdə tutulmayıb. Ola bilsin ki, gələcəkdə Bakı təcrübə regionlarda da tətbiq edilsin”.

“Kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Qiymətə gəldikdə isə bu kartlar 35, 60 və 90 manatlıq nəzərdə tutulub” – deyə qurumun sözçüsü vurğulayıb.

Xəbər lenti
0