CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanmış ticarət mərkəzinin qarşısında izdiham: "Kimsə çıxıb bizə dəymiş zərəri ödəməlidir"

© Sputnik / Irade JELILSahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
Abunə olmaq
İcra başçısı: "Ticarət mərkəzinin rəhbəri zərərçəkmiş şəxslərlə görüşəcək və kimə nə zərər dəyibsə, onların zərəri istintaq araşdırmasından sonra ödənilməlidir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Xəbə verdiyimiz kimi, dünən paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzi yanıb. Yanğın zamanı ticarət mərkəzində olan bütün mağazalar yanaraq kül olub. Sahibkarlara külli miqdarda zərər dəyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün sahibkarlar yanan ticarət mərkəzinin qarşısına toplaşaraq, ticarət mərkəzinin rəhbərliyindən, dövlət nümayəndələrindən yardım istəyiblər.

© Sputnik / Irade JELILSahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
Yanmış ticarət mərkəzinin qarşısında izdiham: Kimsə çıxıb bizə dəymiş zərəri ödəməlidir - Sputnik Azərbaycan
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına

Sahibkarların sözlərinə görə, malları və mağazaları sığorta edilmədiyi üçün onlar borc içində qalıblar: "Biz sığorta haqqında heç nə bilməmişik. Müqaviləmizi bağlayıb, kirayə haqqını ödəyib, işləmişik. Heç ağlımıza da gəlməyib ki, belə bir hadisə baş verə bilər. Hamımız burdan çörəyimizi qazanmışıq. Heç kim istəməzdi ki, belə bir hadisə baş versin".

Sahibkarlar hesab edirlər ki, onlara dəymiş zərər ödənilməlidir: "Bilmirik kim, amma kimsə çıxıb bizə dəymiş zərəri ödəməlidir ki, biz də borclarımızı ödəyək. Ticarət mərkəzində təxliyə yolları da vardı. Yanğın zamanı 3 helikopter su gətirib söndürməyə çalışırdı. Amma yanğını söndürmək mümkün deyildi".

Ticarət mərkəzindəki mağazalardan birində satıcı işləyən Sevinc Əliyeva yanğın hadisəsini belə xatırlayır: "Səhər işə gələndə gördüm ki, “Diqlas” alovlar içindədir. Yanğınsöndürən maşınlar alovu söndürməyə çalışsa da, alov sürətlə yayılırdı. Bizi içəri buraxmadılar. İstinad lenti çəkilmişdi. Sadəcə uzaqda dayanıb, iş yerimizin məhv olduğu anları izləyirdik".

© Sputnik / Irade JELILYanan ticarət mərkəzi "Diqlas"
Yanmış ticarət mərkəzinin qarşısında izdiham: Kimsə çıxıb bizə dəymiş zərəri ödəməlidir - Sputnik Azərbaycan
Yanan ticarət mərkəzi "Diqlas"

Sonra bir qrup sahibkar Nizami Rayon İcra Hakimiyyətinə üz tutdu. İcra başçısı Arif Qasımov onları qəbul edərək bildirdi ki, ticarət mərkəzinin rəhbəri zərərçəkmiş şəxslərlə görüşəcək və kimə nə zərər dəyibsə, onların zərəri istintaq araşdırmasından sonra ödənilməlidir.

"Araşdırmadan sonra bəlli olacaq ki, kim-kimə nə ödəyəcək. Sahibkarlar gələcək, sizinlə görüşəcəklər. Siz sahibkarla müqavilə bağlayıb işləmisiniz. Bu məsələlər araşdırılacaq. Biz deyə bilmərik ki, siz onlara nə ödəmisiniz, onlar sizdən nə alıb. Bunun üçün araşdırma aparılmalıdır" - A.Qasımov vurğuladı.

“Bu məsələlərin həllini tapması üçün istintaqa tez izahat verilməlidir. İstintaqın nəticəsinə uyğun sahibkarlardan dəymiş ziyanın ödənilməsi tələb olunacaq. Digər tərəfdən, çalışacağıq ki, kiməsə iş yeri lazımdırsa, təmin edək" - deyə icra başçısı əlavə etdi.

Zərərçəkmişlər icra başçısına öz irad və şikayətlərini bildirdilər. Daha sonra zərərçəkmişlər yenidən yanmış ticarət mərkəzinin qarşısına toplandılar. Onların sözlərinə görə, bu gün saat 16.00-da ticarət mərkəzinin rəhbəri və icra başçısının iştirakı ilə görüş keçiriləcək.

© Sputnik / Irade JELILSahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
1/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
© Sputnik / Irade JELILSahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
2/7

3/7

4/7

5/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
© Sputnik / Irade JELILYanan ticarət mərkəzi "Diqlas"
Yanan ticarət mərkəzi Diqlas - Sputnik Azərbaycan
6/7
Yanan ticarət mərkəzi "Diqlas"
© Sputnik / Irade JELILSahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
7/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
1/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
2/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
3/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
4/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
5/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
6/7
Yanan ticarət mərkəzi "Diqlas"
7/7
Sahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına

Qeyd edək ki, artıq faktla bağlı Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti
0