CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda metro stansiyası yaxınlığında top mərmisi tapılıb

© Photo : ANAMABakıda top mərmisi tapılıb
Bakıda top mərmisi tapılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Həzi Aslanov metrosu yaxınlığında top mərmisi tapılıb

BAKI, 26 mart - Sputnik. Xətai rayonu, Cavanşir küçəsi 7 ünvanında 1 ədəd zenit top mərmisi tapılıb və zərərsizləşdirilib. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda məlumatı Ərazilərin minalardan təmizlənməsi üzrə milli agentlik (ANAMA) yayıb. 

Məlumata əsasən, mərmi tapılması haqda xəbər Agentliyə “102” Mərkəzi-Zəng sistemindən daxil olub. 

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həmin əraziyə baxış keçiriblər.

Keçirilən təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Zenit top mərmisi ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti
0