CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xilas naminə yalan: Anaya 25 il itkin oğlu barədə yalan danışdılar

CC0 / Suzy Hazelwood / letterBir qalaq məktub, arxiv şəkli
Bir qalaq məktub, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncə şəhər sakini Ellada İbrahimova anasını yaşatmaq üçün 25 il ərzində müharibə bölgəsində itkin düşən qardaşı barədə böyük yalana imza atmalı olub

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. Gəncə şəhər sakini Ellada İbrahimova anasını qorumaq üçün əsrin dörddə biri ərzində ona oğlunun itkin düşdüyünü xəbər verməyib. Qadın cəbhə bölgəsində itkin düşmüş qardaşının adından evə məktub yazıb və anasına zəng edib. Bu, müharibə ilə bağlı minlərlə insan taleyinin faciəvi tarixçələrindən biridir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, hazırda Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş 3888 nəfər qeydə alınıb. Onlardan biri də hərbi qulluqçu Ələkbərov Azər Firuddin oğludur. Bizim hekayəmiz həyatı boyu onun yolunu gözləmiş anası Cəmilə Hüseynova haqqındadır.

Передача денег из рук в руки - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müharibə veteranlarına prezident təqaüdü veriləcək

Xilas naminə yalan

Gəncədə yaşayan 54 yaşlı Ellada İbrahimova hər dəfə evin darvazası yanında maşın səsi eşidəndə ümid edir ki, bu dəfə onun qapısını nəhayət qardaşı döyəcək. Artıq uzun illərdir, qadın öz evinin və valideynlərinin yaşadığı evin telefon nömrələrini dəyişməyə razılaşmır, qardaşının zəngini gözləyir. Bu həsrət 25 ildir bitmək bilmir. Amma bu, yalnız aysberqin görünən üzüdür. Bir də bu kövrək qəlbli qadının taleyində öz anasını oğlunun itkisini eşidərkən keçirəcəyi sarsıntıdan qorumaq üçün həqiqəti gizlədərək və əzab çəkərək yaşadığı illər var. 

© Sputnik / Emin AlisahibEllada İbrahimova
Xilas naminə yalan: Anaya 25 il itkin oğlu barədə yalan danışdılar - Sputnik Azərbaycan
Ellada İbrahimova

İbrahimova hər gün üstünü basdırmaq məcburiyyətində qaldığı sirrləri, ailəsi və onun acılarının tarixçəsini Sputnik Azərbaycan-ın müxbiri ilə bölüşüb. Onun qardaşı Azər 1993-cü ilin oktyabrında orduya çağırılıb. Bu, narahat dövrlər idi. Cəbhə bölgəsində pulemyot səsləri susmaq bilmirdi. Bir neçə ay keçəndən sonra yeni əsgərləri Bakının Lökbatan qəsəbəsində yerləşən hərbi hissədən qaynar nöqtəyə - Tərtər rayonunun Səhləbad kəndinə göndərdilər.

ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Müharibə bitmədi, müharibə davam edir

Günlərin birində onların qulluq etdiyi postda düşmənlə atışma olur və nəticədə Azərbaycanın bir neçə hərbçisi, eləcə də sıravi Ələkbərov yaralanır. Güllə onun ayağının yumuşaq toxumasına dəyir. Bu gərgin silahlı münaqişə nəticəsində bir neçə yaralı və ölmüş əsgər düşmən tərəfdə qalır.

"Bizə xəbər gəldi ki, qardaşımı yaralayıblar. Mən göz yaşları içində anama zəng edərək çətinliklə ona baş verən hadisə barədə məlumat verdim. O vaxtlar mən ailələli idim və qonşuluqda, ərimin evində yaşayırdım. Onda anam məndən xahiş etdi ki, onlara gedim. Qardaşım itkin düşmüşdü, amma anamın bundan xəbəri yox idi. Anam özünə gələ bilmirdi, onu Azərin yanına aparmağı tələb edirdi. Mən isə bunun ağıllı fikir olmadığını, qardaşımın yaşadığını, amma onun qaynar nöqtədə olduğunu deyirdim. Mən dəfələrlə onu sakitləşdirməyə çalışdım, amma heç nə alınmadı. O dedi ki, ancaq oğlundan bir xəbər alsa, sakitləşəcək" - deyə hekayəmizin qəhrəmanı bildirir.

Təsəlli edilməsi mümkün olmayan qadının almaq istədiyi məktubu İbrahimova anasına verdi. Və bu məktub bədbəxt ana üçün "saman çöpü", bir ümid, bir təsəlli oldu.

Qızı atasının və digər qardaşının (Elladanın bir qardaşı da Rusiyada vəfat etmişdi) ölümündən sonra anasının göz yaşları içində boğulmasına imkan verə bilməzdi. Bu xəbər anasının axırına çıxardı. Buna görə də qız yalana əl atmaq qərarına gəldi. Çünki onsuz da heç kəs Azərin yaşadığı, yoxsa öldüyü barədə birmənalı söz deyə bilməzdi.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Zakir Həsənovdan müharibə xəbərdarlığı: “Hər an başlaya bilər”

İbrahimova valideynlərinin evindən qardaşının köhnə məktəb dəftərlərini tapır. Bir neçə günlük məşqlərdən sonra qardaşının xəttini öyrənə bilir. Bu minvalla o, "qardaşından" anasına ilk məktubunu yazır və bununla da həyatının ən böyük yalanının - xilas naminə yalanın əsasını qoyur.

"Mən yazdım: "Ana necəsən? Bizim müvəqqəti problemlərimiz var. Atışma olub. Hazırda biz dostlarımızla birlikdə arxa cəbhədəyik". Daha inandırıcı olsun deyə, özümdən onun əsgər yoldaşlarının adlarını - Şahin, Elçin və s. da uydurdum. Mən məktubu anama hay-küylə "Səni təbrik edirəm" deyə gətirdim. O, məktubu oxuyan kimi dərhal xətti tutuşdurmağa qaçdı. Anam hətta qardaşımın dəftərini gətirdi ki, görsün, məktubu həqiqətən də o yazıb, ya yox. Baxıb gördü ki, xətt eynidir. Xatırlayıram ki, mən məktəbdə oxuyanda həmişə onun yanında oturub necə yazdığına baxardım. Bu yolla anamı sakitləşdirirdim. Elə həmin gündən mən hər həftə itkin qardaşımın adından anama məktub yazırdım" - İbrahimova ürəkləri göynədən bir tərzdə danışır. 

© © Ellada İbrahimova təqdim edibAzər Ələkbərov
Xilas naminə yalan: Anaya 25 il itkin oğlu barədə yalan danışdılar - Sputnik Azərbaycan
Azər Ələkbərov

Gənc qadın göz yaşları içində boğula-boğula qardaşının özünü ifadə edə biləcəyi, şüurlu şəkildə düşünərək məktuba yaza biləcəyi hekayələr uydurur və onları kağıza köçürürdü. Sonra Ellada hər dəfə küçədə hərbçi görəndə ona niyyətini başa salaraq yalvarırdı ki, yazdığı məktubu anasına versin. Hər dəfə "poçtalyon" tapandan sonra evə qədər qaçırdı ki, oğlundan xəbər alan anası qızına zəng edəcək və deyəcək ki, gəlib məktubu oxusun. Bu, məsələnin ən çətin tərəfi idi: qızı üzünə xoşbəxt ifadə verərək elə etməliydi ki, anası nəyinsə düzgün olmadığından şübhələnməsin.

Vaxt-vaxt qohumları onu bu hərəkətinə görə danlayıb, bəzən o, ifşa olunmaq təhlükəsi ilə üz-üzə qalıb, şübhə yaradıb. Amma qızı hər dəfə anasının fikrini dəyişməyə müvəffəq olub. Yaşlı qadın isə elə hey oğlunun yolunu gözləyir, həmişə onun sağ olduğu sorağını eşitmək istəyirdi. Hər dəfə Ellada əsgərlərin uzaqdan çəkilmiş şəkillərini tapır, qardaşının köhnə şəkillərini Photoshop-un köməyi ilə yenidən düzəltdirir, televiziyada cəbhə xəbərləri veriləndə, sirrinin üstünün açıqlmasından qorxaraq onu söndürmək məcburiyyətində qalırdı.

Bu veteranın yeganə qorxusu budur - Sputnik Azərbaycan
VİDEO
Veteranın yeganə qorxusu budur

Fasiləsiz yazışmalardan on il sonra İbrahimova anasına zəng etmək qərarına gəlir. Səsi ört-basdır etmək üçün bir dəfə kinoda gördüyü sayaq telefonun dəstəyinə bir neçə qat dəsmal qoyur, tanış nömrəni yığır və anası ilə bir neçə kəlmə danışır. Qızı xırıltılı səslə işlərinin çətin olduğunu, hərbi hissəni özbaşına qoya bilmədiyini deyir. Anasına söz verir ki, çalışıb yaxın vaxtlarda evə gələcək.

"Hər dəfə anama həqiqəti demək istəyəndə, qardaşım yadıma düşürdü. Onun yaşaya bilmə ehtimalı məni saxlayırdı. Bir dəfə mənə özünü milli təhlükəsizliyin əməkdaşı kimi təqdim edən bir kişi zəng elədi. O, qardaşım Bilalı və bacım Nailəni soruşdu. Dedi ki, Azərbaycana Şuşadan Azər adlı hərbi əsiri qaytarıblar. Amma xahiş etdi ki, bu barədə heç kəsə heç nə deməyim. Siz təsəvvür edə bilməzsiz mən həmin vaxt hansı hissləri keçirdim. Onda düşündüm ki, mənim yalanlarım boşuna deyilmiş. Bakıya getdim və əsirlikdən qayıdanların şəkillərini mənə göstərmələrini xahiş etdim. Amma orada hər şeyi inkar etdilər" - deyən İbrahimovanın sözlərinə görə, bu vəziyyət hələ də müəmmalı qalır. 

Uzun illər o, iki uşağı ilə birlikdə bütün instansiyalara gedib ki, qardaşının geri qaytarılmasına hər necə olsa, kömək etsinlər.  Təəssüf ki, onun bütün cəhdləri boşa çıxıb. Amma bütün bu müddət ərzində də Ellada anasını aldatmağa davam edib. 

Bu yalan Elladanın anasının ömrünün sonuna qədər uzandı. 2018-ci ilin fevralında ana 83 yaşında oğul həsrəti ilə dünyaya gözünü əbədi olaraq yumdu. Lakin son saatlarına qədər qadın oğlunun qayıdacağını və onunla vidalaşacağını gözlədi.

Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavası - Sputnik Azərbaycan
QARABAĞ
“Oğlumu yenə orda qoyub gəldim” – Şəhid anaları cəbhədə əsgərlərlə görüşdü

Hətta anasının ölümündən bir il keçəndən sonra belə İbrahimova bütün bu illər ərzində o boyda yalanla yaşadığına inana bilmir. Allaha yalvarını ki, onu bu günahına görə bağışlasın. Baxmayaraq ki, indi anası da yoxdur, amma etibarlı bacı qardaşının nə zamansa geri qayıdacağına olan inamını itirmir. 

İtkinlərsiz ikinci həyat

İbrahimova bizimlə digər bir qayğısını da paylaşıb. Onun sözlərinə görə, Gəncədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş ailə üzvü olan onlarla ailə yaşayır. Onlar Gəncə şəhərinin yeni təyin olunmuş icra başçısına müraciət hazırlayırlar. Şəhər hakimiyyətinin doğmaları itkin düşən ailələr üçün xüsusi yer ayırmasını istəyirlər.  İstəyirlər ki, ora çiçək gətirsinlər, itkin düşənlər üçün dua etsinlər və öz ağrı-acılarını bölüşsünlər. Onlar belə bir müraciəti vaxtilə Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə də ünvanlayıblar. Lakin müraciətləri cavabsız qalıb.

Xəbər lenti
0