06:58 23 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Şam yandıran insan, arxiv şəkli

Bakıda düzəldi, indi də Sumqayıtda işıq olmayacaq

CC0 / Pavlofox / Light
CƏMİYYƏT
Qısa URL
46 0 0

Yenə böyük bir ərazidə işıq olmayacaq, həyat duracaq

BAKI, 25 mart - Sputnik. Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bunu Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, fasilə Sumqayıt Dəmiryolu İdarəsinin tunel tikintisi ilə bağlıdır.

"Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xəttlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Fasilə müxtəlif saatlarda ayrı-ayrı əraziıərdə 1 saata qədər davam edəcək", - T.Mustafayev əlavə edib.

"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyib.

Xatırladaq ki, iki gün öncə Bakının bəzi qəsəbələrinə elektrik enerjisinin verilməsində də bir neçə saatlıq fasilələr yaranmışdı. 

Əsas mövzular