CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruz festivalı 6 gün davam edəcək

© Sputnik / Irade JELILТрадиционная праздничная сервировка на Новруз байрамы
Традиционная праздничная сервировка на Новруз байрамы - Sputnik Azərbaycan
Abunə olmaq
Festival “Sahil bağı”nda mart ayının 24-dək davam edəcək

BAKI, 20 mart — Sputnik.  Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə builki Novruz şənlikləri festival formatında təşkil olunaraq 6 gün davam edəcək.

Bakıda Novruz yarmarkası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hələ də Novruz bazarlığı etməyənlər, qiymətlərdən agah olun

Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 19-dan etibarən Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, tarixi kökləri, mahiyyəti və adət-ənənələrinə görə digər bayramlardan fərqlənən Novruz bayramı günlərinin daha maraqlı etmək məqsədilə təşkil olunan festival “Sahil bağı”nda mart ayının 24-dək davam edəcək. Tədbirlərin keçiriləcəyi ərazi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilərək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Həmçinin ərazidə istirahət, satış, səhnə və əyləncə üçün xüsusi sahələr ayrılacaq.

Hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək davam edəcək şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqram qonaqlara təqdim olunacaq.

Festivalda UEFA-nın Avropa liqasının finalının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək. İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl,  eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək. Musiqili teatr 3 gün boyunca axşam saat 8-dən etibarən festival ziyarətçilərinə təqdim olunacaq. Teatrda Novruz bayramı ilə bahar fəslinin sevgisi, xeyir və şərin əbədi mübarizəsi, sonda sevginin və xeyirin qalibiyyəti təsvir olunur.

Xəbər lenti
0