CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlarımızdan birinə kütləvi axın gözlənilir

© Official website of President of Azerbaijan RepublicXaçmaz-Xudat yolu, arxiv şəkli
Xaçmaz-Xudat yolu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Çərşənbələrdə təşkil edilən bayram şənliklərində turistlərin bayrama nə qədər maraqlı olduğunu görmək mümkündür"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Novruz bayramına saylı günlər qalıb. Bayramla əlaqədar ölkəmizə gələn turistlərin sayı çoxalıb. Əsrarəngiz təbiətə malik olan şimal rayonlarımız isə turistlərin çoxluğu ilə seçilir. Bu barədə Sputnik Azərbayan-a Xaçmaz Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov məlumat verib.

© Sputnik / Leyla AbdullayevaXaçmazda turistlərin sevimli yerləri
Rayonlarımızdan birinə kütləvi axın gözlənilir - Sputnik Azərbaycan
Xaçmazda turistlərin sevimli yerləri

V.Əhmədovun sözlərinə görə, yerli vətəndaşlarla yanaşı xarici ölkələrdən - Rusiya, İsrail, İran, Ərəbistan, Belarus və Türkiyədən gələn qonaqların sayı kifayət qədər çoxdur. O bildirib ki, turistlərin sayının çox olması Novruz bayramının ölkəmizdə daha rəngarəng, daha maraqlı, daha əyləncəli və qonaqpərvər keçirilməsi ilə əlaqədardır.

"Çərşənbələrdə təşkil edilən bayram şənliklərində turistlərin bayrama nə qədər maraqlı olduğunu görmək mümkündür. Bu il başqa illərə müqayisədə Xaçmaza 35 minə yaxın turist axını gözlənilir. Buna səbəb bizim və əksər hotel, əyləncə mərkəzlərinin bəzi yenilikləri etməsidir. Biz bu il bəzi göl sahibləri ilə müqavilə bağlamışıq və turistləri həmin göllərə baxmağa dəvət edirik" – deyə o, qeyd edib.

© Sputnik / Leyla AbdullayevaXaçmazda turistlərin sevimli yerləri
Rayonlarımızdan birinə kütləvi axın gözlənilir - Sputnik Azərbaycan
Xaçmazda turistlərin sevimli yerləri

Həmsöhbətimiz şimal bölgəsində turist axınına görə Xaçmazın öndə gedən rayonlardan biri olmasına da münasibət bildirib: "Buna səbəb Nabran istirahət zonasının Xaçmazda olmasıdır. Havaların tam istiləşməsi baş verməsə də, insanlar sakit dəniz sahilində və təmiz havası olan meşələrdə dinclik tapmaq üçün bayramı burada qeyd etmək istəyirlər".

Əhmədovun dediyinə görə, buna görə indi hotellərin sayının müəyyən qədər artmasına baxmayaraq, yenə də yerlərin çoxu qabaqcadan tutulub: "Xaçmazda yerləşən hotellərin qiyməti 20 manatdan başlayaraq 225 manata qədər təşkil edir. Amma onu da qeyd etmək istəyirəm ki, bu ərazidə turistlər yalnız hotellərdə deyil, şəxsi evləri də kirayələyib bayram keçirirlər".

Direktor əlavə edib ki, bölgəyə Novruz bayramında turist axını ən çox İsraildən və Rusiyadan olur. Buna səbəb isə Xaçmazın Niyazabad kəndində rusların yaşamasıdır.

© Sputnik / Leyla AbdullayevaXaçmazda turistlərin sevimli yerləri
Xaçmazda turistlərin sevimli yerləri - Sputnik Azərbaycan
1/3
Xaçmazda turistlərin sevimli yerləri
© Sputnik / Leyla AbdullayevaXaçmazda turistlərin sevimli yerləri
Xaçmazda turistlərin sevimli yerləri - Sputnik Azərbaycan
2/3
Xaçmazda turistlərin sevimli yerləri
© Sputnik / Leyla AbdullayevaXaçmazda turistlərin sevimli yerləri
Xaçmazda turistlərin sevimli yerləri - Sputnik Azərbaycan
3/3
Xaçmazda turistlərin sevimli yerləri
1/3
Xaçmazda turistlərin sevimli yerləri
2/3
Xaçmazda turistlərin sevimli yerləri
3/3
Xaçmazda turistlərin sevimli yerləri

Onu da qeyd edək ki, Xaçmazla yanaşı Şahdağdakı, Qubadakı, Ləzədəki və Xızıda yerləşən hotellərə də üz tutan turistlər çoxdur. Bu bölgəyə üz tutmaq istəyən turistlər üçün Qubada yerləşən hotel və kortecin qiymətlərini də öyrəndik. Martın 19-dan 25-dək hoteldə 2 nəfər üçün nəzərdə tutulmuş 1 otaqlı (səhər yeməyi də daxil) kortecdə bir dəfə gecələmək 70-90 AZN-ə başa gəlir. "Şahdağ" hoteldə isə bir nəfərin 3 gecə, 4 gün qalması 399 AZN təşkil edir.

Xəbər lenti
0