CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəl Bayramlı azad edilib - FOTO

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidТюремная дверь, фото из архива
Тюремная дверь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azd edilənlər arasında AXCP sədrinin müavini Gözəl Bayramlı, eləcə də Şəmsiyyə Bəylərqızı da var

BAKI, 17 mart – Sputnik. Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında, AXCP sədrinin müavini Gözəl Bayramlı, eləcə də Şəmsiyyə Bəylərqızı da var.

© REPORTGözəl Bayramlı
Gözəl Bayramlı azad edilib - FOTO - Sputnik Azərbaycan
Gözəl Bayramlı

Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.

Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.

Xəbər lenti
0