03:34 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Yeni mənzilin açarları, arxiv şəkli

Daşınmaz əmlakla bağlı suallara aydınlıq gətirildi

CC0 / JesusManuel1 / Door
CƏMİYYƏT
Qısa URL
116 0 0

300 minədək şəxs mənzil qeydiyyatına alınacaq

BAKI, 16 mart — Sputnik. Ötən ay prezident İlham Əliyev çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı fərman verib. Bu fərman daşınmaz əmlak bazarına necə təsir göstərəcək və yeni tikilən yaşayış binalarında mənzillərin qiymətləri artacaqmı? Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov bu və digər sualları cavablandırıb.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov
© Sputnik / Irade JELIL
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

E.Azadov bildirib ki, Azərbaycanda 1500-ədək yeni tikili ev var ki, bunun da 500-ü paytaxtdan kəanrda yerləşir.

Ekspertin sözlərinə görə, bu gün 100-ədək bina Fövqəladə Hallar Nazirliyinin rəyini almayıb: "100-ədək bina FHN-dən rəy almayıb. Yeni fərmanla isə 300 minədək şəxs mənzil qeydiyyatına düşəcək, 60 minədək mənzil isə qeydiyyata alınacaq". Ekspertin sözlərinə görə, bunadək qeydiyyatda olan və qeydiyyatda olmayan mənzillərin bazar qiymətində 15 faizədək fərq olub.

Əsas mövzular