14:16 20 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Kənd ərazisindəki göl

Astarada 5 uşaq anası süni gölməçədə boğulub

© Sputnik / Rahim Zakiroghlu
CƏMİYYƏT
Qısa URL
60 0 0

Faktla bağlı araşdırma davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 mart - Sputnik. Astarada bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, rayonun Artupa kəndində 1984-cü il təvəllüdlü Xəyalə Kazımova təsərrüfat işləri görərkən ehtiyatsızlıqdan boğulub.

Belə ki, mərhum X.Kazımova inəklərini bağladıqdan sonra ayağı kəndirə ilişərək həyətlərində təxminən 3 metr dərinliyində olan süni gölməçəyə düşərək boğulub. Mərhumun meyiti ailə üzvləri tərəfindən sudan çıxarılıb və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Regional Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, X.Kazımova 5 uşaq anası olub.

Əsas mövzular