06:52 19 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
Prezident İlham Əliyevin Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşü

Prezidentdən əhaliyə yönəlik daha bir humanist addım

© Official web-site of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
1630510

Hadi Rəcəbli: "Hazırda uşaqların müavinətinin artırılması ilə bağlı addımlar atılır"

BAKI, 12 mart - Sputnik. "Son 2 ayda dövlət başçısı tərəfindən köklü və inqilabi addımlar atılıb və bunlar əhalinin güzəranının yaxşılaşmasına xidmət edir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Onun sözlərinə görə, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib və minimum aylıq əməkhaqqı yaşayış minimumu ilə bərabərləşib.

"Əmək pensiyasının minimum məbləği martın 1-dən artırılaraq 160 manata çatdırılıb. Qarabağ əlillərinə verilən müavinətlərin artırılması çox önəmli addımlardan biridir. 100 minə qədər tələbənin təqaüdləri artırılıb" - deputat vurğulayıb.

"Dövlət başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bu proseslər davam edir və bu addımlar əhali tərəfindən çox yüksək qiymətləndirilir" - o, əlavə edib.

H.Rəcəbli onu da diqqətə çatdırıb ki, hazırda uşaqların müavinətinin artırılması ilə bağlı addımlar atılır: "Cənab Prezident İlham Əliyevin tapşırığı ilə 0-3 yaşa qədər uşaqlara müavinətin artırılması məsələsinə baxılacaq. Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə tapşırıq verilib, müvafiq qanun layihəsi hazırlanır".

Əlaqədar

Prezident aylıq müavinətləri artırdı
Ekspert: “Müavinətlərın artırılması sosial islahatların bir elementidir”
Daha bir qrup şəxsin müavinətləri artırılıb
Teqlər:
Hadı Rəcəbli, uşaq, müavinət, prezident, dövlət başçısı

Əsas mövzular