14:13 20 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Səmənilər

Bu gün Yel çərşənbəsidir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
24 0 0

Azərbaycanda ilaxır çərşənbələrin üçüncüsü - Yel çərşənbəsi qeyd olunur

BAKI, 12 mart – Sputnik. Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Yel çərşənbəsi xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə" kimi tanınır və ilaxır çərşənbələrin üçüncüsüdür. 

Yel insanların düşüncəsində həm də hava mənasını kəsb edir və nəfəs alma, həyat, təbiətin anadan olması anlamlarına da gəlir.

Üçüncü çərşənbə digərlərindən bəzi xüsusiyyətlərinə görə seçilir. Məhz bu çərşənbə günü evlərdə təmizlik işlərinə başlanılır. Xanımlar evlərdəli yorğan-döşəyi havaya atır və onların təzə gələn bahar nəfəsi ilə yenilənməsini, çıxan günəşin təsiri ilə daha da təmizlənməsini istəyirlər. Həmçinin, evlərdə hər tərəf təmizlənir, xalça-palazlar çırpılır, qab-qacaqlar, şüşələr, pəncərələr silinir.

Ümumiyyətlə, insanlar küləyin onlara xoş təəssüratlar gətirəcəyinə inanırlar. 

İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.

Əsas mövzular