CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Miss & Mister Grand Azerbaijan”-ın ikinci mövsümünə start verilir

© REUTERS / Athit PerawongmethaGözəllik müsabiqəsinin iştirakçıları, arxiv şəkli
Gözəllik müsabiqəsinin iştirakçıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqənin çoxdan gözlənilən rəsmi açılış mərasimi Bakının ən möhtəşəm məkanı olan "Enerji"-də baş tutacaq

BAKI, 11 mart — Sputnik. Ölkəmizin ilk və ən böyük Milli Model müsabiqəsi olan “Miss & Mister Grand Azerbaijan” özünün ikinci mövsümünə start verir.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin çoxdan gözlənilən rəsmi açılış mərasimi 14.03.2019-cu il tarixində doğma Bakının ən möhtəşəm məkanı olan "Enerji"-də baş tutacaq.

© © Постер“Miss & Mister Grand Azerbaijan” ikinci mövsümün posteri
“Miss & Mister Grand Azerbaijan”-ın ikinci mövsümünə start verilir - Sputnik Azərbaycan
“Miss & Mister Grand Azerbaijan” ikinci mövsümün posteri

Rəsmi açılış mərhələsində seçim turlarını uğurla başa vuran və finala vəsiqə qazanan 15 xanım və 15 bəy mətbuat və ictimaiyyətə təqdim olunacaq.

Açılış tədbiri möhtəşəm rəqs, təqdimat, peşəkar xoreoqrafiya və "After party" hissəsindən ibarət olacaq.

Gecə musiqili qonaqlar, tanınmış simalar və dj-in iştirakı ilə daha da əyləncəli olacaq.

Açılış tədbiri 19:00 da başlayacaq.

Öz seçdiyiniz finalçıya dəstək olun.

Ünvan: Baku Enerji Club Bayraq meydanının yaxınlığı.

Məlumat üçün: +994554084680

Qeyd edək ki, müsabiqənin təsisçisi və təşkilatçısı Elxan Paşayevdir.

Sputnik Azərbaycan “Miss & Mister Grand Azerbaijan” müsabiqəsinin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0