CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 11 yaşlı uşaq 2 min illik balta tapdı – FOTO

© REPORTCəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapıb
Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapıb - Sputnik Azərbaycan
Abunə olmaq
Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir

BAKI, 8 mart — Sputnik. Cəlilabad rayonunda məktəbli eramızın ilk əsrlərinə aid tarixi əşya tapıb.

© REPORTCəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapıb
Azərbaycanda 11 yaşlı uşaq 2 min illik balta tapdı – FOTO - Sputnik Azərbaycan
Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapıb

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.

© REPORTCəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapıb
Azərbaycanda 11 yaşlı uşaq 2 min illik balta tapdı – FOTO - Sputnik Azərbaycan
Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapıb

Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.

Qeyd edək ki, tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

Xəbər lenti
0