CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaq cinayətkarlığı azalıb - Mübarizə nəticə verir

CC0 / Pexels / ChildrenUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər valideynlərə yeniyetmə övladlarını cinayətkar dünyadan qorumağın yollarını izah edir və onları diqqətli olmağa çağırırlar

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Statistik hesabata görə, ötən il Azərbaycanda yeniyetmə cinayətlərinin sayı aşağı düşüb. 2018-ci ildə Azərbaycanda daxili işlər orqanları azyaşlıların törətdiyi 600-dən artıq cinayəti qeydiyyata alıb.

Qulu Məhərrəmli  - Sputnik Azərbaycan
Azərbaycanda uşaq telekanalı yaradılması zəruridirmi - professorun şərhi

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, ötən il bu göstərici dəqiq rəqəmlərlə 679 faktdan ibarət olub.

2017-ci illə müqayisədə bu, 95 fakt azdır (ötən il 774 cinayət). Ümumilikdə uşaq cinayətləri 12,6% azalıb. Daxili İşlər Nazirliyinin mütəxəssisləri uşaq cinayətlərinin sayının azalmasını yeniyetmələr və bütövlükdə uğursuz ailələr arasında profilaktik tədbirlərin gücləndirilməsi ilə əlaqələndiriblər.

Bununla yanaşı, həbs cəzasına məhkum edilmiş yeniyetmələrin sayında da 15% azalma müşahidə edilib. Yeniyetmələr cəmiyyətin ən həssas təbəqəsidir. Azyaşlılar cəmiyyətdəki neqativ təlatümləri çox sərt qarşılayırlar. Çox vaxt yeniyetmələr öz cinayətkar mühitlərini özləri formalaşdırırlar.

Mütəxəssislər yeniyetmələrin cinayətkara çevrilməsinə təsir edən amilləri belə sıralayırlar: narkomaniyaya cəlbolunma, fahişəlik, mərc oyunları, ailə üzvlərinin əxlaqsız həyat tərzi, sərxoşluq, qalmaqallar, davalar, davalara cəlbedilmələr, uşaqların tüfeyli, eqoist böyüdülməsi, uşaqların maraqlarına valideynlərin diqqət yetirməməsi, kobudluq və despotizm.

Araşdırmaçılar deyirlər ki, yalnız sevgi, anlama və zəhmət sizin uşaqlarınızı küçələrdəki cinayət mühitinin zərərli təsirindən qoruya bilər.

Bununla yanaşı, qeyd edək ki, hazırda həddi-buluğa çatmayanlar üçün penitensiar müəssisədə 48 nəfər cəza çəkir. Bu ayın sonuna qədər onların sayının 45-ə düşəcəyi gözlənilir. Burada müxtəlif müddətlərə cəza çəkənlər ağır və xüsusi ağır cinayətlərə görə azadlıqdan məhrum edilənlərdir.

Onların arasında qrup şəklində və həmçinin təkrar külli miqdarda oğurluqda iştirak edən azyaşlılar (14 yaşdan yuxarı) da var. Buradakı məhbusların əksəriyyəti 16-17 yaşlı yeniyetmələrdir.

Xəbər lenti
0