09:55 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Milli Məclisin iclası

Kütləvi narazılıq yaradan problem yüksək tribunaya daşındı: "Ciddi tədbirlər görülməlidir"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
6735 0 0

Ombudsman: "Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub"

BAKI, 5 mart - Sputnik. "Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu ombudsman Elmira Süleymanova Milli Məclisin bu gün keçirilən plenar iclasında bir illik hesabatı təqdim edən zaman deyib. Onun sözlərinə görə, əksər hissəsi artıq məskunlaşmış bir sıra çoxmənzilli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb.

"Bəzi işbazlar tərəfindən xarici ölkələrdən gətirilən, müəyyən edilən standartlara cavab verməyən tikinti materiallarının yararlılığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən çoxmənzilli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur" - Süleymanova bildirib.

"Bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barəsində isə qanunla müəyyən edilən ciddi tədbirlər görülməlidir" - deyə ombudsman vurğulayıb.

Əlaqədar

Ölkədə ucuz mənzillər bahalaşır
Əhalinin mənzillə bağlı daha bir böyük probleminə son qoyulur

Əsas mövzular