09:25 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Qırmızı şərab, arxiv şəkli

Gündə bir qədəh şərab…

© Flickr / Raj Stevenson
CƏMİYYƏT
Qısa URL
92 0 0

Gənclərdə alkoqollu içki asılılığı yarada və ya digər xəstəliklərin yaranmasına səbəb ola bilər

BAKI, 2 mart — Sputnik. Alimlər iddia edir ki, alkoqollu içkilər 50 yaşından böyük insanlar üçün faydalıdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Boston Tibb Mərkəzinin alimləri 50 yaşından böyük insanlar üçün gün ərzində bir qədəh şərab qəbul etməyin faydalarından danışıb. Amerikalı mütəxəssislərin sözlərinə görə, bu ürək-damar xəstəlikləri və öd kisəsi daşları xəstəliyi zamanı faydalıdır.

Alimlər 65 yaşından böyük kişilərə gün ərzində iki pay alkoqol (iki kiçik banka pivə və ya bir qədəh şərab), qadınlara isə bir paydan artıq məsləhət görmür. Alimlər alkoqolla bağlı ölüm faktlarını müəyyən etdikdən sonra bu qənaətə gəlib. Onlar müəyyən edib ki, gün ərzində bir qədəh şərab sağlamlıqla bağlı problemləri 15 faiz azaldır.

Alimlər gənclərə şərabla "müalicə olunmağı” məsləhət görmürlər. Onların fikrincə, bu alkoqollu içki asılılığı yarada və ya digər xəstəliklərin yaranmasına səbəb ola bilər.

Əsas mövzular