19:33 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Bədən tərbiyəsi və idman günü münasibəti jurnalistlər arasında stend atıcılığı üzrə yarış keçirilib

Jurnalistlər arasında yarış başa çatdı

© Sputnik / Tarana Khudabakhshiyeva
CƏMİYYƏT
Qısa URL
17 0 0

Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar

BAKI, 1 mart — Sputnik. 5 mart - Bədən tərbiyəsi və idman günü münasibəti jurnalistlər arasında stend atıcılığı üzrə yarış keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində baş tutan turnirdə 20-dən çox media nümayəndələri mübarizə aparıb. Sputnik Azərbaycan-ın əməkdaşı da yarışda iştirak edib. Gərgin keçən mübarizədə qalib "Xəzər TV"nin əməkdaşı Sənan Abdullayev olub. ATV-nin işçisi Yaşar Müseyibov ikinci, "Azərtac"ın əməkdaşı Hümbət Məmmədov isə üçüncü yeri tutub.

Qeyd edək ki, qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

Əsas mövzular