10:16 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri Füzuli Əşrəfov

"Başıbəlalı" cəmiyyətə sədr seçkiləri olub

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
168 0 0

Füzuli Əşrəfov yenidən səs çoxluğu ilə birliyə sədr seçilib

BAKI, 1 mart — Sputnik. "Ovçular və Balıqçılar cəmiyyəti" birliyi yeni sədr seçilməsi ilə bağlı konfrans keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən birliyin sədri Füzuli Əşrəfov Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşünün təfərrüatlarını danışıb. O bildriib ki, bir müddət əvvəl nazirlə görüşüb və bu görüş zamanı birliyin üzvlərini sevindərəcək qərarlar qəbul edilib:

"Bizim 2004-cü ildə verdiyimiz vəsiqələrimizin yenidən tanınması, təsərrüfat sahələrinin yenidən bizə qaytarılması, bizim sahələrdə ediləcək ovla bağlı satılan lisenziyaların dəyərinin cəmiyyətə ödənilməsi və s. barədə nazirlə danışdıq. Nazir tezliklə bizi narahat edən problemlərin həll ediləcəyini bildirdi".

  • Ovçular və Balıqçılar cəmiyyəti birliyi yeni sədr seçkiləri
    "Ovçular və Balıqçılar cəmiyyəti" birliyi yeni sədr seçkiləri
    © Sputnik / Irade JELIL
  • Ovçular və Balıqçılar cəmiyyəti birliyi yeni sədr seçkiləri
    "Ovçular və Balıqçılar cəmiyyəti" birliyi yeni sədr seçkiləri
    © Sputnik / Irade JELIL
1 / 2
© Sputnik / Irade JELIL
"Ovçular və Balıqçılar cəmiyyəti" birliyi yeni sədr seçkiləri

Daha sonra cəmiyyət üzvləri müxtəlif məsələləri müzakirə ediblər. Quruma yeni sədrin seçilməsi ilə bağlı səsvermə olub. Füzuli Əşrəfov yenidən səs çoxluğu ilə birliyə sədr seçilib.

Əsas mövzular