CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha iki marşrutda pulsuz internet olacaq

© REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 72-yə çatdırılıb

BAKI, 28 fevral — Sputnik. “Xaliq Faiqoğlu” MMC istismarında olan daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirilib.Şirkətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gündən etibarən 65 saylı marşrut xətti üzrə müasir avtobuslarda da sərnişinlər yeni xidmətdən faydalana biləcəklər.Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər.Nəzərinizə çatdırmaq istəyirik ki, bir neçə gün əvvəl 18 və 85 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Beləliklə pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 72-yə çatdırılıb.

Qeyd edək ki, yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də tezliklə Wi-Fi cihazları quraşdırılacaq.Şirkətimizə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər istismarımızda olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

Xəbər lenti
0