02:21 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət

Telefonları cidd-cəhdlə gizlətdi, amma yenə tapdılar

© Sputnik / Hikmet Orhun
CƏMİYYƏT
Qısa URL
62 0 0

Gömrükçülər avtomobilin salonunda 9 telefon tapdılar

BAKI, 28 fevral — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və sahibi şifahi sorğu-sual olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı gömrükçülər avtomobilin salonunda - dam örtüyünün altında 2 ədəd "Redmi Note 6 Pro", 1 ədəd "Samsung Galaxy J4+", 2 ədəd "Samsung Galaxy A7", 3 ədəd "Samsung Galaxy J4 core" və 1 ədəd "Samsung Galaxy J6" markalı mobil telefonlar aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular