CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün su çərşənbəsidir

© Sputnik / Shahperi AbbasovaSu çərşənbəsi
Su çərşənbəsi - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 26 fevral - Sputnik. Bu gün Azərbaycanda ilk çərşənbə - su çərşənbəsidir.

Sputnik Azərbaycan xəbər verir ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Novruz süfrəsi - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Novruz bayramı neçəyə başa gəlir?

İnanca görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. 

İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Bu çərşənbədə yenicə ana olmuş qadın meydanda dayanıb subay qızlara və övladı olmayan gəlinlərə su verərmiş. İnanca görə həmin il subay qızlar ailə qurar, övladı olmayanlar övlad sahibi olacağına inanardılar.

Qeyd edək ki, od çərşənbəsi martın 5-da, yel çərşənbəsi martın 12-də, ilaxır - torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

Xəbər lenti
0