CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmiyyət sədri müəmmadan danışdı: “O bina niyə bizə verilmir?”

© Sputnik / Irade JELILOvçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri Füzuli Əşrəfov
Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri Füzuli Əşrəfov - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmiyyət müvəqqəti olaraq Milli Məclis tərəfindən təqdim edilən ofisdə məskunlaşıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. 2017-ci ildə Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə məxsus bina sökülüb və yerində park salınıb. Tikili sökülərkən bildirildi ki, həmin ərazidə çoxmərtəbəli bina tikiləcək və İB-yə də binada böyük ofis veriləcək. Lakin binanın arasında olan ağacların kəsilməsi birmənalı qarşılanmadı. Prezidentin qərarı ilə sözügedən ərazidə park salındı. Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi isə müvəqqəti olaraq Milli Məclis tərəfindən təqdim edilən ofisdə məskunlaşmağa məcbur oldu.

Наручники, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şimal bölgəsində ceyran ovçusu saxlanıldı

Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri Füzuli Əşrəfov Sputnik Azərbaycan-a müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib.

- Hansı səbəbdən Ovçular və Balıqçılar Cəmiyyətinin fəaliyyəti, sanki arxa plana keçdi?

- Ovçular Cəmiyyəti əvvəllər nazirlik səviyyəsində olan bir qurum idi. Son 15 ildə fəaliyyətimiz get-gedə zəiflədi. 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra bütün ov sahələri onlara tapşırıldı. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamenti bütün rayonlarda ovçuluq təsərrüfatlarını ləğv etdilər. Bunun nəticəsində də bütün ovçuluq sahələri bərbad vəziyyətə düşdü. Ovçular da vəziyyətdən çox narazılıq etməyə başladılar. Çünki ova gedənlərin sayı xeyli azaldı.

- Bildiyimizə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşünüz olub...

- Keçmiş nazirlə dəfələrlə rəsmi yazışmalarımız olsa da, "Azərovçu" cəmiyyətini tanımamaqda israrlı idi. Vətəndaşlara ovçuluq hüququ verən vəsiqələrimizi belə, tanımadılar. 2018-ci ilə qədər bu vəziyyət davam etdi. Bu bir qədər də davam etsəydi, ovçular cəmiyyəti tamamilə dağılacaqdı.

2018-ci ilin sonlarında yenidən nazirliyə müraciət etdik. Bildirdik ki, bizə icazə verilsə, yenə əvvəlki imkanlarımızdan istifadə etməyə hazırıq. Müsbət cavab aldıq, nazir Muxtar Babayev bizi qəbul etdi. Çox razı qaldıq.

Ov tüfəngi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təbiətimizə qənim kəsilən “ovçular” tutulub

- Nələri müzakirə etdiniz?

- Görüşə bir neçə təkliflə getmişdik. Təkliflərimizdən birincisi 2004-cü ilə qədər respublika "Ovçular və Balıqçılar" Cəmiyyətinin verdiyi ovçuluq biletinin qüvvəyə minməsi idi. Nazir dərhal bu təklifi qəbul etdi və bizim biletlərimiz tanındı. Bundan sonra vəsiqəmizin olduğu ovçular ov etmək üçün lisenziya ala bilərlər.

İkinci təklifimiz ovçuluq sahələri ilə bağlı idi. Əvvəllər həmin sahələrdə təsərrüfat işlərini biz görürdük, nəzarət nazirlikdə idi. Bu məsələ ilə bağlı nazir yeni biznes planı təqdim etməyimizin lazımlı olduğunu bildirdi. Üçüncü təklifimiz isə ovun müddəti ilə bağlı idi. Eyni zamanda ovçulara qoyulmuş limitlə bağlı da nazirə müraciət etdim. O, məsələyə baxılması üçün də tapşırıq verdi. Başqa təkliflərimiz də oldu, ancaq onların reallaşması üçün zaman lazımdır. Görüşümüzdən sonra artıq nazirliklə əməkdaşlıq etməyə başlamışıq.

- Yəqin ki, bu müddət ərazində cəmiyyətin üzvlərinin sayı da azalmışdı?

- Əlbəttə! Əvvəllər cəmiyyətimizin 25 minə yaxın üzvümüz vardı. Ancaq indi həmin üzvlərin 10-15 faizi üzvlük haqqı verir. Bununla cəmiyyəti saxlamaq çox çətindir. Əvvəllər hansısa bir ərazidə ov etmək üçün vətəndaşlara lisenziya satılırdı. Və satılan lisenziyaların dəyərinin 60%-i bizim cəmiyyətə verilirdi. Ancaq son 15 ildə büdcəmizə lisenziya satışından bir manat da daxil olmurdu.

Ovçu - Sputnik Azərbaycan
Ovçulara xəbərdarlıq edildi

Nazirlə görüşümüzdə bu barədə də danışdıq. O bildirildi ki, bundan sonra təsərrüfat sahələrimizdə satılan lisenziyaların dəyəri cəmiyyətə köçürüləcək. Həmin lisenziyaların satışından nazirliyə heç bir məbləğ köçürülməyəcək və bu qanunda da nəzərdə tutulmayıb.

- 2017-ci ilə qədər cəmiyyətinizin, köhnə də olsa, öz binası var idi...

- Bəli. Ancaq razılaşma əsasında həmin ərazini Milli Məclisə verdik. Bir müddət sonra Milli Məclisdən bizə binanı boşaltmağımızla bağlı məktub göndərildi. Bizə də əvvəlcə məktubla Milli Məclisə rəsmi olaraq müraciət etdik, rəsmi cavab alandan sonra isə binanı tərk etdik. Bina da Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə söküldü. Milli Məclis tərəfindən hazırda yerləşdiyimiz ofis bizə müvəqqəti olaraq verildi.

Bir ildir ki, aidiyyəti qurumlara bina və ya torpaqla təmin edilməyimizlə bağlı müraciət edirik. Keçən il ərazi ilə bağlı məhkəməyə müraciət etmişdik. Məhkəmə əmlakın qiymətləndirilərək məhkəməyə təqdim edilməsi barədə qərar verdi. İndi bu işlər başa çatıb, sənədlər məhkəməyə təqdim ediləcək. Düşünürəm ki, məhkəmə məsələni təhlil edib müsbət qərar verəcək.

Ovçu Faiq Babanlının dükanından reportaj - Sputnik Azərbaycan
CƏMİYYƏT
Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu

Ancaq bizimə çox maraqlıdır ki, həmin parkın yanında, hazırda kafe kimi fəaliyyət göstər 3 mərtəbəli binanı kim tikib? Əgər orada bina tikilməsinə icazə verilmirdisə, o zaman bu bina necə tikilib? Əgər bina tikmək mümkün idisə, elə o binanı cəmiyyətimizə verərdilər də. Niyə verilmir? Bu məsələ bizim üçün müəmma olaraq qalır.

Qeyd edək ki, Ovçular Cəmiyyət 1960-cı illərdə yaranıb. Həmin dövrlərdə Cəmiyyətin müqavilə ilə ovçuluq təsərrüfatı üçün müxtəlif rayonlarda 176 min ha ərazisi olub. Amma 2006-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin müqaviləni birtərəfli qaydada ləğv edib.

Xəbər lenti
0