22:46 17 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Daxili işlər naziri Ramil Usubov

Daha iki rayonun polis rəisi dəyişdirildi

© Photo: AR DİN mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
523 0 0

Daha bir rayonun polis şöbəsinin rəisi təqaüdə göndərilib

BAKI, 25 fevral — Sputnik. Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Şabran rayon Polis Şöbəsinin rəisi, Zəngilan rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Xatırladaq ki, bundan əvvəl Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov təqaüdə göndərilib. Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Əsas mövzular