11:18 22 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Quba şəhərində yerləşən Ağ məscid

“Ağ məscid”də Cümhuriyyətimizin qurucuları “yaşayır”

© Sputnik / Leyla Abdullayeva
CƏMİYYƏT
Qısa URL
11144 0 0

O, bu işə başlamazdan əvvəl Qubanın kəndlərindən həmin insanlara məxsus əşyaları toplamağa çalışıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Azərbaycanın əsrlər boyu adını tarixə yazdırmış igid, qəhrəman oğulları olub. Quba rayon sakini, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, axund Hacı Elnur Əfəndi həmin oğullardan şərəfinə nümunəvi addım atıb. Belə ki, o, “Ağ məscid"in içərisində ölkəmizin azadlığı uğrunda mübarizə aparmış əcdadlarımızın şərəfinə muzey tipli guşə hazırlayıb.

Ağ məsciddə yerləşən muzeyin eksponatları
© Sputnik / Leyla Abdullayeva
"Ağ məscid"də yerləşən muzeyin eksponatları

Sputnik Azərbaycan-a danışan Elnur Əfəndinin dediyinə görə, bu guşəni hazırlamaqda məqsədi qəhrəmanlarımızdan bəzilərinin həyat tarixini insanlara göstərməkdir: “Əcdadlarımızın şanlı keçmişi, maraqlı tarixi var. Azərbaycanın hər yerində maraqlı tarixə rast gəlmək mümkündür. Mənə elə gəlir ki, Quba da belə tarixi məkanlardan biridir. Xüsusən, Quba elə bir yerdir ki, burada çox qədim nəsillər, əsilzadə nəslindən olan insanlar var. Elə nəsillər var ki, onların tarixi yüz illərə qədər gedib çıxır. Hazırda da həmin nəsillərin nümayəndələri rayonun özündə və kəndlərində yaşayırlar. Mən də özümə borc bildim ki, həmin nəsillərdən olan dahilərin qədim əşyalarını toplayıb bir tarixi muzey hazırlayım”.

Həmsöhbətimiz bu işə başlamazdan əvvəl Qubanın kəndlərindən həmin insanlara məxsus əşyaları toplamağa çalışıb. Hazırda əşyaların içərisində seyidlərdən, övliyalardan qalan maraqlı təsbehlər, əl işləri var: “İslam dinində mərifət və ürfan məktəbi olan təsəvvüf təriqətində sufilər mənəvi tərbiyə almaq, nəfslərinə sahib olmaq üçün qırx gün xəlvətə girirlər. Bu qırx gündə dünya nemətlərindən imtina edib, ancaq ibadət edirlər. İbadət edən zaman müəyyən zikirlər var ki, onların sayını itirməmək üçün təsbehdən istifadə edirlər. Bizim guşəmizdəki təsbehlər də o dövrdən qalıb. Onların birinin sayı 500, digərinin isə 1000-dir. Belə təsbehlərə "həzərparə" deyilir. "Həzərparə" farsca min para deməkdir”.

Ağ məsciddə yerləşən muzeyin eksponatları
© Sputnik / Leyla Abdullayeva
"Ağ məscid"də yerləşən muzeyin eksponatları

"Bizdə 1000 dənəli bir təsbeh də var ki, o, tumdan hazırlanıb. Həmin təsbehi hazırlamaq üçün tumlar kola bənzər ağacdan dərilib və hazırlanıb. O tumların başqa tumlardan fərqi onda olub ki, deşikli şəkildə yetişib. Artıq onu deşməyə ehtiyac qalmayıb. Belə desək, sanki Allah onu təsbeh üçün yaradıb. Bu tumlar yetişdikdən sonra üzərində ağ xətlər əmələ gəlir və həmin xətlərdə "Allah "sözünü görmək mümkündür. Onun özəlliyi də bundadır" – deyə müsahibimiz qeyd edib.

Təsbehlərin içərisində diqqəti çəkən əşyalardan biri də "sür" təsbehidir. Deyilənə görə,  bu təsbeh Məkkədə qurbanlıq qoyunların buynuzundan hazırlanıb.

Elnur Əfəndinin bu guşəni yaratmaqda əsas məqsədi Cümhuriyyətin yaranmasında rolu olan insanların həyat və yaradıcılığı ilə məscidə gələn insanları tanış etməkdir: “Burada Müsavat hökumətinin qurucularından olan İttihad Partiyasının nümayəndəsi Həmidulla Əfəndi və onun silahdaşlarının portretlərini, əşyalarını topladıq. Onların burada Qubada başlatdıqları xalq hərəkatı dövründən qalan silahları və əlyazmaları qorunub saxlanılır. Düşündüm ki, itib-batmaqdansa, bura gələn insanların onları daha yaxşı tanımağı, xəbərdar olmağı məsləhətlidir. Bura xaricdən gəlmiş qonaqlar da təşrif buyurur. Məncə, xarici turistlər də bizim tariximizlə tanış olsalar, daha gözəl olar”.

  • Ağ məsciddə yerləşən muzeyin eksponatları

1 / 16
© Sputnik / Leyla Abdullayeva
"Ağ məscid"də yerləşən muzeyin eksponatları

“Prezidentimiz 2018-ci ildə Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncam imzaladı. Bu təşəbbüsə bir dəstək olaraq mən də belə bir guşə tərtib elədim. Xalq Cümhuriyyətinin yaranmasında böyük xidmətləri olan Həmidulla Əfəndi, Qaçaq Mayıl, Şəmsəddin Əfəndinin şəkilləri, əşyaları ilə insanları tanış etməyi özümə borcu hesab etdim. Burada, eyni zamanda Azərbaycan tarixində ilk dəfə "Pirəbədil" xalçasının çeşnisini toxuyan Güllər Əfəndiyevanın da darağı, çarşabının dürbəndi və yun əyirmək üçün əşyaları yer alıb".

Axund gələcəkdə bu əşyaların sayını artırmaq və böyük bir muzey yaratmaq haqqında düşünür. Qubaya yolu düşən hər kəs "Ağ məscid"in içərisində yerləşən bu maraqlı guşə ilə tanış ola bilər.

Əsas mövzular