CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyahətə çıxanların nəzərinə - Proqnoz açıqlandı

© AFP 2023 / ALBERTO PIZZOLIQran-Saso dağlıq zonası
Qran-Saso dağlıq zonası - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 1-6 dərəcə isti təşkil edəcək

BAKI, 22 fevral — Sputnik. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Приморский парк в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həftənin son iş gününün hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırlır ki, fevralın 23-24-də bu bölgədə hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-də axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 1-6 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-ü gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 4-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, havanın yaxın iki gündə əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0