11:58 23 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8739
Qusarda dünyaya gələn üçəmlər

Qusarda üçəm doğuldu

© Səhiyyə Nazirliyinin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
70 0 0

36 yaşlı qadın 3 ildən sonra üçəm dünyaya gətirdi

BAKI, 22 fevral — Sputnik. Qusar rayonunun Mərkəzi Xəstəxanasında üçəm oğlan uşaqları dünyaya gəlib. Sputnik Azərbaycan-a bu haqda Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirliyin məlumatına görə, 36 yaşlı Quba rayon sakini İlahə Həsənşah qızı Mirzəyeva 3 ildən sonra yenidən ana olub. Yeni doğulan körpələrdən birinin çəkisi 1 kilo 800 qram, digərinin çəkisi 2 kilo 700 qram, 3-cü körpənin çəkisi isə 2 kilo 800 qram oldu]u bildirilib.

Qusarda dünyaya gələn üçəmlər
© Səhiyyə Nazirliyinin mətbuat xidməti
Qusarda dünyaya gələn üçəmlər

"Körpələrin və ananın səhhətinin normaldır" - deyə nazirlikdən verilən məlumatda əlavə edilib.

Qeyd edək ki, adıçəkilən xəstəxanada sonuncu dəfə 2017-ci ildə üçəmlər doğulmuşdu.

Əsas mövzular