23:23 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Azərbaycanda inşa olunan “Laçın” tankeri

Bakıda inşa olunan “Laçın” tankeri suya salındı

© “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
94 0 0

Bütövlükdə “Laçın” tankerinin 2019-cu ilin iyununda təhvili planlaşdırılır

BAKI, 21 fevral — Sputnik. Bu gün "Bakı Gəmiqayırma Zavodu"nda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün inşa olunan “Laçın” neftdaşıyan tankerinin suya salınma mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, “Laçın” neft tankeri Zavodun tikinti quraşdırma sahəsindən üzən dok üzərindən hidrovlik arabacıqlar vasitəsi ilə suya salınıb.

Bildirilib ki, tankerin gövdə hissəsinin tikintisi 100% tamamlanıb: “Bu, 860 min xəsarətsiz iş saatı deməkdir. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Laçın” neft tankeri Zavodun tikinti quraşdırma sahəsindən üzən dok üzərindən hidrovlik arabacıqlar vasitəsi ilə suya salınıb. Gəminin inşası tam bitdikdən sonra dəniz-istismar sınaqlarına başlanacaq. Bütövlükdə “Laçın” tankerinin 2019-cu ilin iyununda təhvili planlaşdırılır”.

Suya salınma mərasimində İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov,  Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov iştirak ediblər.

Mərasimdə bildirilib ki, ASCO-nun sifarişi əsasında inşa olunan bu tip yeni nəsil tankerlərin uzunluğu 141, eni 16.9, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,884 T və çayda 5,455 T olan tankerlər iki ədəd hər biri 1,200kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə edilən bu gəmilər saatda 10 uzel sürətlə hərəkət etmək imkanına malikdirlər. Tankerlərin hər biri xam neft və neft məhsulları daşınması üçün ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdirlər. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodu 20 Sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə rəsmi fəaliyyətə başlayıb. Hazırda burada 1 300-ə yaxın yerli mütəxəssis və işçi heyəti çalışır.

Əsas mövzular