15:17 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Hakim çəkici, arxiv şəkli

Sabunçu məhkəməsində hakim və prokuroru döydülər

© Sputnik / Maksim Bogodvid
CƏMİYYƏT
Qısa URL
8400

Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb

BAKI, 21 fevral — Sputnik. Sabunçu Rayon Məhkəməsində insident baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub.

O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.

Məlumata görə, Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.

T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.

Əsas mövzular