CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa Gənclər Olimpiya Festivalının talismanları təqdim olunub

Abunə olmaq
XV Yay Avropa Gənclər Olimpiya Festivalı 21 – 27 iyul 2019-cu ildə keçiriləcək

BAKI, 21 fevral — Sputnik. Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları təqdim olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019” Əməliyyatlar Komitəsi Cırtdan və Bəbiri startına 150 gün qalmış tədbirin rəsmi talismanlarını açıqlayıb.

Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan Cırtdan, Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərə rəğbəti ilə seçilir. Nağılların birində Cırtdan divin başını qataraq, özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.

© © Press secretary Ministry of Youth and SportBakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının talismanları
Avropa Gənclər Olimpiya Festivalının talismanları təqdim olunub - Sputnik Azərbaycan
Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının talismanları

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və Azərbaycanda, eləcə də regionda qorunan ən prioritet cinslərdən birinə çevrilmişdir.

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağı düşmüşdür. 2014-cü ildə Azərbaycanın İDEA (Ətraf Mühit naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan “Pantera” adlı dünyanın aparıcı təşkilatı arasında gələcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitlərinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı tərtib edilmişdir.

9 noyabr-Azərbaycan respublikasının dövlət bayrağı gününə həsr olunmuş beşinci bayraq festivalı - Sputnik Azərbaycan
Bayraq gününə həsr olunmuş festival keçirildi

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları Cırtdan və Bəbir ölkənin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü Avropa Gənclərinin tədbiri zamanı zirvələrə doğru hazır olacaqlar. Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un rəsmi şüarı sayılan “Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.

Qeyd edək ki, XV Yay Avropa Gənclər Olimpiya Festivalı 21 – 27 iyul 2019-cu ildə keçiriləcək.

Xəbər lenti
0