15:32 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Budanmış ağaclar

Nazirlik ağacların qol-budağının kəsilməsinə münasibət bildirdi

© CC0 / Mabel Amber / Tree
CƏMİYYƏT
Qısa URL
83 0 0

Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz

BAKI, 20 fevral — Sputnik. Paytaxtın bir neçə istiqamətində, eləcə də ölkənin digər ərazilərində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir. Təbii ki, bu da haqlı olaraq, budanma vaxtında və düzgün aparılırmı sualını yaradır.

ETSN-ın mütəxəssisi Rəhim İbrahimov
© AR Ministry of Ecology and Natural Resources.
ETSN-ın mütəxəssisi Rəhim İbrahimov

Bununla bağlı mütəxəssis rəyinin alınmasına, tövsiyələrin verilməsinə zərurət yarandığı üçün ETSN-ın mütəxəssisi Rəhim İbrahimov Sputnik Azərbaycan-ın suallarına cavab verib.

O bildirib ki, indiki vaxtda budanma aparılması budanmanın aparılması düzgündür. Ağaclarda vegetasiya dövrü başa çatdıqdan (yarpaqlar saralıb töküləndən) sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə xəstə, quru, qurumaqda olan və həşaratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.

Rəhim İbrahimovun sözlərinə görə, budanma zamanı ağac növünə görə fərq qoyulmalıdır. Belə ki,meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşaratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır.

"Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz. Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir"- deyə o əlavə edib.

ETSN-ın mətbuat xidmətinin rəhbəri İradə İbrahimova
© AR Ministry of Ecology and Natural Resources.
ETSN-ın mətbuat xidmətinin rəhbəri İradə İbrahimova

Məsələyə ETSN-ın mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da münasibət bildirib. O, qeyd edib ki, istər ictimai yerlərdə, istərsə də fərdi sahələrdə yaşıllıqların budanması mütəxəssislərin rəy və məsləhətləri nəzərə alınmaqla aqrotexniki qaydalara uyğun həyata keçirilməlidir. Yaşıllıqların qorunması üçün vətəndaşlarımızı və bu işlə məşğul olan hər kəsi mütəxəssislərin məsləhətlərinə əməl etməyə və tövsiyələrindən yararlanmağa çağırırıq. Sonda İ.İbrahimova bildirib ki, yaşıllıqlara düzgün xidmət göstərilməsi məqsədilə hər bir vətəndaş Nazirliyin mütəxəssislərinə müraciət edə bilər.

Əsas mövzular