CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dubaya niyə, bizə Neftçala da yaxşıdır: Stilistimiz xaricdə iş təklifini rədd edib

© Sputnik / Murad OrujovStilist iş başında, arxiv şəkli
Stilist iş başında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
WBC prezidenti: "Azərbaycanlı stilistlərə dünyanın bütün salonlarının qapıları açıqdır"

BAKI, 18 fevral — Sputnik. Bu günlərdə Bakıda Boulevard Hotel Autograph Collection-da Dünya Gözəllik Konqresinin (World Beauty Congress) təşkilatçılığı ilə toy saç düzümü və makiyajı üzrə dünya çempionatı, eləcə də Dress of the World (Dünyanın donu) beynəlxalq müsabiqəsi keçirilib.

Həmin gün Bakıda dünyanın ən yaxşı stilistləri və modelyerləri toy saç düzümü, makiyajı və geyimləri üzrə dünya çempionatında öz məharətlərini göstəriblər.

© Sputnik / Murad OrujovDünya Gözəllik Konqresinin prezidenti, Azərbaycan Moda Assosiasiyasının baş direktoru Zamir Hüseynov
Dubaya niyə, bizə Neftçala da yaxşıdır: Stilistimiz xaricdə iş təklifini rədd edib - Sputnik Azərbaycan
Dünya Gözəllik Konqresinin prezidenti, Azərbaycan Moda Assosiasiyasının baş direktoru Zamir Hüseynov

Dünya Gözəllik Konqresinin prezidenti, Azərbaycan Moda Assosiasiyasının baş direktoru Zamir Hüseynov Sputnik Azərbaycan-ın Multimeia Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında jurnalistlərin müsabiqə ilə bağlı suallarını cavablandırıb.

O qeyd edib ki, bir neçə gün öncə Azərbaycanda gəlin saç düzümləri üzrə dünya çempionatı keçirilib. Çempionatda 15 ölkə iştirak edib. Buna qədər isə bu çempionat BƏƏ, Serbiya, Xorvatiya və digər ölkələrdə olub. Serbiya, Xorvatiya və Meksika mətbuatı bu barədə yazıb. Azərbaycanlı stilistlər çempionatda uğurlu çıxış ediblər və öz peşəkarlıqlarını nümayiş etdiriblər.

"Sevindirici haldır ki, MDB ölkələri arasında ilk dəfə bu cür mötəbər yarış Azərbaycanda keçirilib. Hətta bu yarışda dünya çempionu titulunu da qazana bildik. Əminə Əsgərova çempion olmağı bacardı. Bu gün Azərbaycan sözügedən sahədə ən güclü komandalar sırasındadır. Ən əsası isə, komanda üzvləri bir-birinin qələbəsinə sevinir. Azərbaycan milyon dollarlıq reklam əldə edə bilib. Çünki xarici media bu yarış haqqında geniş məlumatlar verib. Neftçala, Salyan rayonundan olan güclü ustalar qaliblər sırasında yer alıb"- deyən Hüseynov, azərbaycanlı ustaların uğurunun sirrini Şərq xanımlarının makiyaja daha çox üstünlük verməsi ilə izah edib.

Dənizə gedən cütlük - Sputnik Azərbaycan
Məşhur modeldən bikinili FOTO

DGK prezidentini bizim stilistlərimizin bu dəfə sıx birləşməsi və bir-birinin uğuruna sevinməsi yaxşı mənada təəccübləndirib. Çempionatda iştirak edənlərin çoxunun Azərbaycanın regionlarından gəldiyi və onların paytaxtdakı ustlardan heç nə ilə fərqlənmədiyi də Hüseynovun təəccübünə səbəb olub.

Onun sözlərinə görə, bu yarışın qalibi olan ustalara dünyanın bütün salonlarının qapıları açılır. Hətta Dubaydan bir çox ustalarımıza təkliflər gəlib. Amma onlar ölkədə qalıb işləməyə üstünlük verirlər: "Neftçaladan olan vizajistlərdən biri dəvəti rədd edib və sübut edib ki, vətənində də kifayət qədər yaxşı pul qazanır və xaricdə işləməyə ehtiyac yoxdur".

Hüseynov gələn il bu sahədə dünya çempionatı Çin, Misir, yaxud da Xorvatiyada ola bilər: "Yəqin ki, növbəti dünya çempionatı Xorvatiyada keçiriləcək. Çünki ən güclü namizəd hələ ki, bu ölkədir".

Xəbər lenti
0