21:52 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
197 0 0

Ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb

BAKI, 17 fevral – Sputnik. Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb.

Ən çox yağıntı isə Xızının Altıağac qəsəbəsinə düşüb. Hazırda Xızının Altıağac qəsəbəsində 8 santimetr qalınlıqda qar var. Quba rayon mərkəzində isə qarın qalınlığı 3 santimetrə çatır.

Əsas mövzular