CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 200 şəhidin varisinə birdəfəlik ödəniş veriləcək

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb

BAKI, 16 fevral — Sputnik. Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü olaraq şəhidlərin vərəsələrinin birdəfəlik ödənişlə (11 min manat) təmin edilməsi sahəsində işlər davam edir.

Şəhid ailələrinə dövlət dəstəyi - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda şəhid ailələrinə dövlət dəstəyi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 200 şəhid hərbi qulluqçunun 318 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Yaxın günlərdə müvafiq vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların telefon nömrələrinə elektron qaydada sms-bildiriş göndəriləcək.

Xatırladaq ki, dövlət başçısının 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəniş verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-nə qədər şəhid olmuş əlavə 2 725 nəfərin (o cümlədən vərəsələri 11 min manatdan az sığorta ödənişi almış 2 264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də aid edilib.

Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb.

Bu günə qədər 3 958 şəhid üzrə 5 462 vərəsəyə birdəfəlik ödəniş verilməsinə dair qərar qəbul olunub və onlardan artıq 3 758 şəhid üzrə 5 144 vərəsəyə həmin ödənişlərin verilməsi təmin edilib.

Xəbər lenti
0