CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni medal təsis edilir

© Sputnik / Murad OrujovОрдена и медали Исмаила Гасымова
Ордена и медали Исмаила Гасымова - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni medal diplomatik fəaliyyətdə xidmətə görə veriləcək

BAKI, 16 fevral — Sputnik. Azərbaycanda daha bir medal təsis edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi təklif olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni medal təsis edildi

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Yubiley medalı diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Xəbər lenti
0