16:26 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Maliyyə hesablaması, arxiv şəkli

Şəhid polislərin vərəsələrinə birdəfəlik yardım veriləcək

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
82 0 0

İlin sonunadək 12 268 şəhidin bütün vərəsələrinə bu vəsaitin ödənilməsi təmin ediləcək

 

BAKI, 15 fevral — Sputnik. "Yanvar və fevral aylarında 661 şəhidin 954 vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib. Bu günə qədər ödəniş həyata keçirilən vərəsələrin sayı 5200-ə çatıb". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  pensiyalrın artırılması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, komissiyanın iclasında daha 200 şəhidin 300 vərəsəsinə birdəfəlik ödənişin edilməsinə dair qərar qəbul edilib. İlin sonunadək 12 268 şəhidin bütün vərəsələrinə bu vəsaitin ödənilməsi təmin ediləcək.

"Artıq Daxili İşlər Nazirliyi tərəfindən şəhid polislərin siyahısı göndərilib və onlar elektron sistemə daxil edilib. "Artıq onların da vərəsələri birdəfəlik ödəmə ilə bağlı müraciət edə bilərlər"-deyə nazir vurğulayıb.

Xatırladaq ki, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 461 şəhid polisin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Əsas mövzular