12:39 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Yeni sərnişin avtobusları

Əhaliyə rəsmi müraciət: Siqaret çəkən sürücü görəndə xəbər verin, mükafat alın

© REPORT
CƏMİYYƏT
Qısa URL
344 0 0

Məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir

BAKI, 14 fevral — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihəyə başlayıb.

Sputnik Azərbaycan BNA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, layihəyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında tütün məmulatından istifadə edən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər.

Bunun üçün sürücünün xəta törətməsini aydın əks etdirən foto çəkilməli, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya "Tütün" başlığı ilə info@bna.az elektron ünvanına göndərilməlidir.

Məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir. Xətanı törədən sürücü İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilərək 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və sərnişinləri aktiv olmağa dəvət edir.

Qeyd edək ki, rüblük olaraq daha çox inzibati xəta göndərən (məlumatları rəsmiləşdirilən) sərnişin mükafatlandırılacaq.

Əlaqədar

Millət vəkili: "Siqaret və narkotik aludəçiləri pulsuz müalicə olunmalıdır"
Uşaqlara elektron siqaret satılması qadağan edildi
Külli miqdarda siqaretin satışa buraxılmasının qarşısı alınıb
Siqaret və spirtli içkilərlə bağlı əməliyyat keçirilib - VİDEO
Teqlər:
qanun, siqaret, sürücü, BNA, Bakı Nəqliyyat Agentliyi

Əsas mövzular