CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərdə ləğv olunan ixtisasların siyahısı açıqlandı

© Sputnik / Murad OrujovBakı Dövlət Universiteti, arxiv şəkli
Bakı Dövlət Universiteti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əsədov siyahını Nazirlər Kabinetinin qərarı əsasında hazırlayıb

BAKI, 14 fevral — Sputnik. Təhsil eksperti Kamran Əsədov 2019-cu ildə ali təhsil müəssisələrində bakalavr pilləsi üzrə ləğv olunan ixtisasların siyahısını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, o bu barədə öz “Facebook” səhifəsində yazıb.

© Sputnik / Murad OrujovKamran Əsədov
Ali məktəblərdə ləğv olunan ixtisasların siyahısı açıqlandı - Sputnik Azərbaycan
Kamran Əsədov

O qeyd edib ki, siyahını “Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” əsasında hazırlayıb. 

I qrup

1. Geologiya mühəndisliyi

2. Dağ Mədən mühəndisliyi

3. Neft Qaz qurğuları mühəndisliyi

4. Elektroenergetika mühəndisliyi

5. İstilik energetikası mühəndisliyi

6. Enerji maşınqayırması mühəndisliyi

7. Avianəqliyyat istehsalının təşkili mühəndisliyi

8. Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

9. Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

10. Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi

11. Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

12. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

13. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

14. Cihazqayırma mühəndisliyi

15. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

16. Elektrik mühəndisliyi

17. Elektronika, telekomnikasiya və radiotexnika mühəndisliyi

18. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

19. Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi

20. Optotexnika

21. Zootexniklik

22. Sistem mühəndisliyi

23. Çoxişlənən malların texnologiyası mühəndisliyi

24. Qida məhsulları mühəndisliyi

25. Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

26. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyinin mühəndisliyi

27. Pirotexniki vasitələrin texnologiyası

28. İstehlak mallarının ekspertizası və marketinqi

29. Poliqrafiya mühəndisliyi

30. Balıqçılıq və balıq təsərrüfatı işi

31. Xüsusi təyinatlı texnika və sistemlər

32. Kosmik texnologiyalar mühəndisliyi

33. Kosmik texnika mühəndisliyi

34. Kosmik idarəetmə sistemləri mühəndisliyi

35. Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı

36. Silah və silah sistemlərinin istehsalı texnologiyaları

37. Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri

38. Yanğın təhlükəsizliyi mühəndisliyi

39. Biotibbi texnologiya mühəndisliyi

40. Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

41. Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

II qrup

1. Dünya iqtisadiyyatı

2. Sənayenin təşkili və idarə olunması

3. Turizm və otelçilik

4. Kommersiya

III qrup

1. Məktəbəqədər təlim və tərbiyə

2. Kitabşünaslıq

3. Antropologiya

4. Kitabxanaçılıq və informasiya

5. Teatrşünaslıq

6. Kinoşünaslıq

IV qrup

1. Müalicə işi

2. Baytarlıq

3. Hərbi həkim işi

4. Tibbi profilaktika

5. Həkim yardımçısı

V qrup

1. Estrada sənəti

2. Xalq Çalğı alətləri

3. Məşqçi

4. Rəqs müəllimliyi

Xəbər lenti
0