CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdakı avtobuslarda pulsuz Wi-Fi olacaq

© AP Photo / Seth WenigWi-Fi şəbəkəsi və USB portu olan avtobuslar
Wi-Fi şəbəkəsi və USB portu olan avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və AVRO-5 standartlarına cavab verən avtobuslarımızın hamısı bu cihazlarla təmin edilib

BAKI, 12 fevral — Sputnik. “Xaliq Faiqoğlu” MMC istismarında olan müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların sərnişinlərinin rahatlığının təmin edilməsi istiqamətində mütəmadi yeniliklər tətbiq edir.

Sputnik Azərbaycan xəbər verir ki, artıq “Safcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz Wi-Fi xidmətinin qoşulmasına başlanılıb. İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və AVRO-5 standartlarına cavab verən avtobuslarımızın hamısı bu cihazlarla təmin edilib. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internet imkanından faydalana bilərlər. Belə ki, “Xaliq Faiqoğlu” MMC-yə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulan şəxslər şirkətin tərkibində olan digər marşrut xətlərində də internetdən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də Wi-Fi cihazları quraşdırılacaq.

Xəbər lenti
0