CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin əsas yollarından birində hərəkət məhdudlaşdırıldı

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidYolda təmir işləri, arxiv şəkli
Yolda təmir işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKI, 8 fevral — Sputnik. "8 fevral tarixindən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir".

Badam Bağları yaşayış massivinin yolları yenidən qurulur - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı kəndlərində 20 km uzunluğunda yol çəkilir

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Qeyd edək ki, minik avtomobillərinin həmin yoldan istifadə etmələri ilə bağlı heç bir maneə yoxdur. Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0