07:11 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
İsti yay günü, arxiv şəkli

Bu yay ən isti yay olacaq

© AFP 2019 / Rémy GABALDA
CƏMİYYƏT
Qısa URL
139 0 0

Temperaturun artması həm quruda həm də Dünya okeanında qeydə alınıb

BAKI, 8 fevral — Sputnik. Bu yay tarixdə ən isti yay ola bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, son 5 ildə planetdə temperatur 1C və daha çox yüksələ bilər. Bu barədə Britaniyanın Met Office meteo xidməti məlumat yayıb.

Ekspertlər hesab edir ki, 2019-2023- illərdə XIX əsrin iqlim göstəriciləri 1,03-1,57 C yüksələcək.

Qeyd edək ki, 1850-1900 illərlə müqayisədə ilk qlobal istiləşmə 2015-ci ildə qeydə alınıb. Sonrakı illərdə də istiləşmə tendensiyası qorunub saxlanılıb.

Alimlərin fikrincə 2014-2024-cü illər son 150 ilin ən isti onilliyi olacaq.

Xatırladaq ki, Paris razılaşmasına görə, istiləşmənin 1,5 C səviyyədə saxlanılması planlaşdırılır.

Ümumiyyətlə son 22 ilin 20 ili çox isti illəri kimi qəbul edilib. Temperaturun artması həm quruda həm də Dünya okeanında qeydə alınıb.

Əsas mövzular