CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanda "donuz qripi"ndən daha bir ölüm qeydə alınıb

© Sputnik / Mediabanka keçidErmənistanda təcili yardım maşını
Ermənistanda təcili yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən bazar günü bir qadın H1N1 virusunun qurbanı olub

BAKI, 5 fevral - Sputnik. Ermənistanda "donuz qripi"ndən daha bir ölüm hadisəsi baş verib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, ötən bazar günü bir qadın H1N1 virusunun qurbanı olub. Ermənistanın Səhiyyə Nazirliyi xəbəri təsdiq edib. Lakin nazirlik ətraflı məlumat verməyib.

Nazirlik poliklinikalara kəskin respirator virus infeksiyalarından şikayətlə 1275 nəfərin müraciət etdiyini açıqlayıb. Rəsmi məlumata görə, onlardan 781 nəfəri xəstəxanaya yerləşdirilib. Xəstələrin 92,8 faizini uşaqlar təşkil edir.

Xəbər lenti
0