CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklarla vətəndaşlar arasındakı çəkişmə yeni rəsmi qərar qəbul edilməsinə səbəb olub

© Sputnik / Murad OrujovБанковские операции. Архивное фото
Банковские операции. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri ağır rejimdə çalışır, hətta bazar günləri də işə çıxmalı olurlar

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Azərbaycanda banklarla əhali arasında pul-kredit sahəsində müşahidə edilən böhran bununla bağlı məhkəmə proseslərinin sayının artmasına səbəb olub. Təkcə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində bank kreditləri ilə bağlı 5 minə qədər iş toplanıb.

Банкомат в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bankomatlarda yeni problem: Sizin də başınıza gələrsə, dərhal məlumat verin

Bu barədə Sputnik Azərbaycan-a Məhkəmə Ekspertizası Mərkəzinin (MEM) direktor müavini Hamlet Musayev açıqlama verib. Onun sözlərinə görə, məhz bu sahədə ekspertlərin böyük həcmdə işləri olur.

Musayev deyib ki, bu vəziyyət bank fəaliyyəti sahəsində yaranan problemlərdən sonra meydana çıxıb: "Vətəndaşlar uzun sürən məhkəmə proseslərinə cəlb olunub. Hətta məhkəmə proseslərinin müsbət nəticəsi əldə olunsa belə, məhkəmə qərarlarının icrası gecikdirilir".

"Kredit borcları vaxtında ödənilmədiyi təqdirdə bir çox hallarda cərimə və əlavə faizlər hesabına bankların hesabladığı borcun miqdarı artır. Lakin vətəndaşlar bir çox hallarda bankların hesabladığı faizlərlə razılaşmırlar və onların banka olan real borclarının müəyyən edilməsi məqsədilə məhkəmə ekspertizasının keçirilməsini tələb edirlər. Həqiqətən də, ekspertlərimiz bir çox hallarda vətəndaşların kredit borclarının banklar tərəfindən yanlış hesablandığını müəyyən ediblər" - deyə Musayev bildirib.

Direktor bildirib ki, Mərkəzin ekspertləri ağır rejimdə çalışırlar: "Hətta bazar günləri də işə çıxmalı olurlar. Bununla əlaqədar olaraq, Nazirliyin rəhbərliyi Mərkəzin müvafiq struktur bölməsinə birbaşa maliyyə-kredit əməliyyatları sənədlərinin araşdırılması ilə məşğul olan əlavə heyət ayırmaq barədə qərar qəbul edib. Bu, sözsüz ki, fəaliyyətə müsbət təsir göstərər və qarşıya qoyulmuş vəzifələri daha tez və səmərəli yerinə yetirilməsinə xidmət edər".

Musayev xatırladıb ki, Prezident İlham Əliyev "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət proqramının əsas istiqamətlərindən biri ədliyyə orqanlarının və məhkəmələrin infrastrukturunun, maddi-texniki bazasının yaxşılaşdırılması, həmin qurumların vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi, həmçinin ədliyyə sistemində İKT-nin tətbiqinin genişləndirilməsidir.

Bankomat - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bank kartlarından pullar necə oğurlanır - Müdhiş fırıldağın izi ilə

"Sənədin qarşıya qoyduğu məsələlərdən biri də, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin filiallarını əhatə etməklə, qapalı elmi-metodik və informasiya-sorğu elektron sisteminin yaradılmasıdır" - deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, burada MEM-in fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə onun müasir tələblərə cavab verən yeni inzibati binasının inşa edilməsi və müasir avadanlıqla təchiz olunması da nəzərdə tutulub. MEM-in maddi-texniki bazasının gücləndirilməsi, yeni filiallarının yaradılması və ekspertiza növlərinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi də sənəddə əksini tapıb.

Xəbər lenti
0