15:03 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Qəzet yoxsa sayt?

Fond maliyyə yardımı ilə bağlı qaydaları sərtləşdirdi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
59 0 0

Hər layihə üçün maksimum məbləğ 60000 (altmış min) manat müəyyən edilib

BAKI, 31 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.

Məlumata görə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında müəyyən istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Qeyd edilib ki, müsabiqədə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər; xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştiark edə bilərlər.

Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası (MŞ)tərəfindən müvafiq qərar çıxarılanlar; MŞ-nin tərtib etdiyi"qara siyahı"ya düşən qəzetlər, MŞ-nin tərtib etdiyi"qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində), MŞ tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində), barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar; əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər; təsisçisi dini qurumlar və dini icmalar olanlar; xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar; xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar; təsisçiləri dövlət orqanları olanlar KİV-lərin iştirakına icazə verilmir.

Qeyd edək ki, maliyyə yardımının müəyyən şərtləri var. Belə ki, layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalı, ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.

Hər layihə üçün maksimum məbləğ 60000 (altmış min) manat müəyyən edilib.

Hər KİV bir layihə təqdim edə bilər.

Sənədlər 2019-cu il fevralın 1-dən martın 28-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.

Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində, çap və elektron variantda (CD diskdə, Times New Roman12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.

Əsas mövzular