CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağalmaz xəstəliyin epidemiyası proqnozlaşdırılır

CC0 / Sabine van Erp / WomanÇəlikli qoca qadın əli
Çəlikli qoca qadın əli - Sputnik Azərbaycan
Abunə olmaq
2040-cı ilə qədər əhalinin orta yaşı artdığına görə, xəstəliyə yoluxanların sayı 12 milyon olacaq

BAKI, 31 yanvar — Sputnik. ABŞ və Niderland alimləri bildirilər ki, demoqrafik vəziyyət və digər faktorların təsiri ilə yaxın zamanlarda Parkinson xəstəliyi pandemiyaya çevriləcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, müasir dünyada əlilliyə əsas səbəblərdən biri sinir sisteminin pozulmasıdır. Son 10 ildə isə Parkinson xəstəliyi daha çox yayılıb.

Микробы, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İki yüzdən artıq virus və xəstəlik yayılıb, diqqətli olun

Bu dofamin istehsal edən neyronların ölümünə səbəb olan və sağalması hələlik mümkün olmayan xəstəlikdir. Nəticədə xəstədə titrəmə, əzələ sərtliyi, qeyri-sabit vəziyyət və balansı itirmə halı yaranır.

1990-cı ildə 2015-ci ilə qədər bu xəstəliyə yoluxanların sayı 6 milyona qədər artıb. Alimlərin hesablamalarına görə, 2040-cı ilə qədər əhalinin orta yaşı artdığına görə, xəstəliyə yoluxanların sayı 12 milyon olacaq.

Nevrodegenerativ xəstəliyin inkişaf riskini artıran səbəblər arasında ətraf mühitə atılan pestisidlər, həlledicilər və ağır metalları göstərmək olar.

Bundan əlavə, bəzi araşdırmaların nəticələrinə görə, siqaret çəkməyənlərdə bu xəstəliyə tutulma riski daha yüksəkdir.

Mütəxəssislərin fikrincə, pandemiyanın qarşısını almaq olar. Amma bundan ötrü xəstələrə müalicə, profilaktika və qayğı göstərmək səyləri əhəmiyyətli dərəcədə artırılmalıdır.

Xəbər lenti
0